İsrailin baş naziri kütləvi etirazlar fonunda xalqa müraciət edəcək

İsrailin baş naziri kütləvi etirazlar fonunda xalqa müraciət edəcək
İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarına qarşı görünməmiş etirazlar fonunda xalqa müraciət edəcək.
Bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Milli Təhlükəsizlik Naziri və İsrailin sağçı Otzma Yehudit partiyasının lideri İtamar Ben-Qvir islahatın ləğv ediləcəyi təqdirdə istefa verəcəklərini açıqlayıblar. Ədliyyə naziri Yariv Levin də islahatın davam etdirilməsinə çağırıb, o da əks halda vəzifəsini tərk edəcəyini deyib. 
Qeyd edək ki, baş nazirin yaxın saatlarda xalqa müraciəti gözlənilir. 
Gundelik-Baku.Org