Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxladı

Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxladı
Ermənistan Apellyasiya Məhkəməsi ölkənin sabiq müdafiə naziri Viqen Sarkisyanın həbsinin ləğvi barədə vəsatəti rədd edib.
Bu  barədə "Hraparak" nəşri məlumat yayıb. 
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu Sarkisyana qarşı cinayət işi qaldırıb. Bildirilir ki, keçmiş müdafiə naziri 2016-2018-ci illərdə hərbçi olmayan 29 şəxsə mənzillərin ayrılması barədə göstəriş verib.
Gundelik-Baku.Org