Trampın vəkili onun həbs olunmaqdan qorxduğunu açıqladı

Trampın vəkili onun həbs olunmaqdan qorxduğunu açıqladı
ABŞ-nin keçmiş prezidenti Donald Tramp həqiqətən həbs olunacağından qorxub.
Bu barədə eks-prezidentin vəkili Co Takopina bildirib.
Onun sözlərinə görə, martın 20-də xüsusi xidmət orqanları əməkdaşlarının Nyu-York polis departamentinin əməkdaşları ilə Trampın məhkəməyə çatdırılmasının təşkili barədə danışıqlar aparması haqqında məlumatın sızdırılıb.
“O, bu məlumatlar əsasında bunun baş verə biləcəyini ehtimal etdi. O həbs olunmaq istəmir”, - deyə vəkil qeyd edib. 
Gundelik-Baku.Org