“Müaviyə“ serialı yayımdan çıxarıldı - Səudiyyənin Ramazan qərarı

“Müaviyə“ serialı yayımdan çıxarıldı - Səudiyyənin Ramazan qərarı
Səudiyyə Ərəbistanı qalmaqallı “Müaviyə” teleserialının yayımını dayandırıb.
"Khaleej Online" xəbər verir ki, serial Ramazan ayından yayımdan çıxarılıb.
Sözügedən film son həftələrdə bəzi ərəb ölkələrində çoxsaylı tənqid və etirazla qarşılanıb.
İraq yayımın qadağan olunduğunu elan etdikdən sonra "MBC" teleşirkəti son qərarını açıqlayıb.
Yayımın dayandırmasının səbəbini İran və Səudiyyə Ərəbistanının yenidən siyasi-diplomartik münasibətləri bərpa etməsi və regionda gərginliyi azaltmaq səyləri ilə əlaqələndirənlər var.
Xatırladaq ki, serial İslam tarixinin ən qaranlıq simalarından biri olan Müaviyə bin Süfyana həsr olunmuşdu
Gundelik-Baku.Org