Türkiyədə 1,3 milyon insan səs verə bilməyəcək

Türkiyədə 1,3 milyon insan səs verə bilməyəcək
Türkiyədə ötən ay baş verən zəlzələnin təsir etdiyi vilayətlərdə yaşayan seçicilərin səsvermə hüquqlarından istifadə etmələri üçün şərait yaradılıb.
“Milliyet” xəbər verir ki, hakim AKP və MHP-nin apardığı araşdırmaya görə, zəlzələdən təsirlənən 1.3 milyon seçicinin səs verə bilməyəcəyi ehtimal edilir. 
Araşdırmalar nəticəsində məlum olub ki, 2 milyon seçici vilayətlərini tərk edib, onlardan 20 faizi geri qayıdıb. Geri qayıtmayanlardan isə yalnız 250 min nəfərin səs verəcəyi güman edilir. 
Gundelik-Baku.Org