İsrailin Vaşinqtondakı səfiri XİN-ə çağırıldı

İsrailin Vaşinqtondakı səfiri XİN-ə çağırıldı
İsrail parlamentinin 2005-ci ildə işğal olunmuş İordan çayının qərb sahilində boşaldılan 4 qeyri-qanuni yəhudi məskəninin yenidən açılmasını nəzərdə tutan qanunu təsdiqləməsindən sonra ABŞ İsrailin Vaşinqtondakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb. 
Bildirilir ki, ABŞ dövlət katibinin müavini Vendi Şerman İsrail səfiri Mayk Herzoqa İsrail parlamentində yeni təsdiq edilmiş qanunla bağlı “narahatlığını” ifadə edib. 
Gundelik-Baku.Org