Parisdəki nümayişlərdə 300 nəfər saxlanıldı - YENİLƏNİB

Parisdəki nümayişlərdə 300 nəfər saxlanıldı - YENİLƏNİB
Fransada pensiya islahatına qarşı keçirilən etiraz aksiyalarında 300-dən çox şəxs saxlanılıb.
Xarici KİV xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Jerald Darmanen açıqlayıb. 
Onlardan 258 nəfəri paytaxt Parisdə, digərləri isə ölkənin başqa regionlarında saxlanılıb. 
***10:42
Parisdə pensiya islahatlarına qarşı keçirilən nümayiş zamanı polis 120 nəfəri saxlayıb. 
Bu barədə "Le Figaro" qəzeti  məlumat yayıb. 
Nəşrin məlumatına görə, etirazçılar əvvəlcə Fransa paytaxtının mərkəzindəki Konkord meydanına toplaşıb, daha sonra barrikadaya yığılan lövhələri yandırıb, zibil qutularını aşırıblar. Bundan əlavə, onlar prezident Makron, baş nazir Elizabeth Bourne və digər əsas məmurların plakatlarını yandırıblar.
Nəticədə polis gözyaşardıcı qazdan istifadə etməyə başlayıb. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulka atıblar.
Qəzet yazır ki, mitinqlər Lion, Renn, Nant və Marseldə də keçirilib.
Bundan əvvəl, martın 16-da Fransanın baş naziri Elizabet Born pensiya islahatları haqqında qanunun parlamentin ratifikasiyası olmadan qəbul edildiyini rəsmən elan edib. 
Gundelik-Baku.Org