Türkiyədə zəlzələ qurbanlarının sayı 49 mini ötdü

Türkiyədə zəlzələ qurbanlarının sayı 49 mini ötdü
Türkiyədə zəlzələ qurbanlarının sayı 49 mini keçib. 
Türkiyə mətbuatı xəbər verir ki, bunu TDT-nin Zirvə Toplantısının açılışında danışan ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. 
Gundelik-Baku.Org