Kadırov qızını rəhbər vəzifəyə təyin etdi

Kadırov qızını rəhbər vəzifəyə təyin etdi
Çeçenistan lideri Ramzan Kadırov 20 yaşlı qızı Xutmat Kadırovanı respublikanın səhiyyə sahəsinə kurator təyin edib. 
Bu barədə Rusiya KİV-lri məlumat yayıb. 
Bundan əvvəl Kadırovun qızı respublika rəhbərinin katibliyinin rəis müavini vəzifəsini tutub. 
"Bundan sonra Çeçenistan Respublikasının səhiyyə sisteminə Xutmat Ramzanivna rəhbərlik edəcək. Xutmat Ramzanivnanın nəzarəti altında Çeçenistan Respublikasının səhiyyəsini böyük uğurlar və yeni geniş imkanlar gözləyir”, - KİV-də qeyd olunub. 
Gundelik-Baku.Org