""5-ci kolon"un lideri Paşinyan özüdür" - Erməni general

""5-ci kolon"un lideri Paşinyan özüdür" - Erməni general
"5-ci kolon"un lideri Nikol Paşinyan özüdür, ordunu məhv edən belə bir lider varsa, o lider Paşinyandır.
Bunu Ermənistanın keçmiş baş qərargah rəisi Movses Akopyan deyib. 
Akopyan Paşinyanın mətbuat konfransında iştirak edən jurnalistlərin baş nazirə onun kimləri nəzərdə tutduğunu, o adamların niyə hələ də həbs edilmədiyini soruşmalı olduqlarını bildirib. 
"Müdafiə naziri bəzi mötərizələr açdı ki, "ordumuz xarici təhriklə içəridən zəiflədilib". Görünür, onlar Paşinyanın Rusiyanı nəzərdə tutduğuna eyham vurur", - deyə general-polkovnik qeyd edib. 
Onu da deyək ki, Ermənistanın baş naziri 2020-ci ildə Qarabağda müharibənin uduzulmasında beşinci kolonu günahkar hesab edib. 
Gundelik-Baku.Org