Ermənistanda daha bir əsgər ölümü

Ermənistanda daha bir əsgər ölümü
Ermənistanda daha bir əsgər ölümü qeydə alınıb.
“Hraparak” xəbər verir ki, bir neçə gün əvvəl Syünik mərzinin Vorotan qəsəbəsində Ermənistan sərhəd qoşunlarının hərbçisi intihar edib.
Aidiyyəti qurumlar, habelə Ermənistan MTX bu barədə heç bir xəbər yaymayıb.
Son vaxtlar istər Ermənistan Silahlı Qüvvələrində, istərsə də sərhəd qoşunlarında intihar halları artıb. Lakin qeydə alınan halların yalnız kiçik bir hissəsi rəsmi olaraq açıqlanır.
Gundelik-Baku.Org