Ermənistanda meşə yanğını 3 gündür davam edir

Ermənistanda meşə yanğını 3 gündür davam edir
Ermənistanın Qafan rayonunda başlayan meşə yanğını 3 gündür davam edir. 
Erməni KİV xəbər verir ki, mart ayının 12-də başlayan yanğın hələ söndürülməyib. Buna səbəb yanğınsöndürmə qruplarının işi dayandırması olub. Qeyd olunub ki, yanğının söndürülməsi yönündə işlər bu gündən yenidən bərpa edilib. 
Məlumata görə, 22 hektarı əhatə edən yanğına 23 yanğınsöndürən texnika cəlb olunub. 
Gundelik-Baku.Org