Pakistanın keçmiş baş naziri Xanın tərəfdarları polisə hücum edib: 8 nəfər YARALANIB

Pakistanın keçmiş baş naziri Xanın tərəfdarları polisə hücum edib: 8 nəfər YARALANIB
Ötən gün Pakistanın keçmiş baş naziri və Pakistan Ədalət Hərəkatı Partiyasının sədri İmran Xanın həbsinə iki order verildikdən sonra Xanın tərəfdarları küçələrə axışıb. Xanı həbs etmək üçün yerli vaxtla saat 14:00 radələrində onun Lahordakı evinə gələn polislə nümayişçilər arasında toqquşma baş verib. Polis onlara daş atan qəzəbli kütləni dağıtmaq üçün təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı azı 8 polis əməkdaşı yaralanıb, çoxlu nümayişçi saxlanılıb.

Gundelik-Baku.Org