Almaniyada cəmi 8 azərbaycanlıya sığınacaq verildi

Almaniyada cəmi 8 azərbaycanlıya sığınacaq verildi
Bu ilin ilk 2 ayında cəmi 8 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq alıb.
Report xəbər verir ki, bunu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) sözçüsü Lioba Hebauer bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin ilk iki ayında ümumən 106 Azərbaycan Respublikası vətəndaşının sığınacaq ərizəsinə baxılıb:
“Onlardan cəmi 3 nəfər Almaniya Miqrasiya Qanununun üçüncü paraqrafına, 5 nəfər isə, dördüncü paraqrafına uyğun sığınacaq alıblar. 43 nəfərin müraciətinə isə rədd cavabı verilib”.
Federal idarənin sözçüsü qeyd edib ki, 55 Azərbaycan vətəndaşının müraciəti “Dublin” və s. prosedurlar səbəbindən baxılmadan müvafiq ölkə və idarələrə yönləndirilib.
BAMF-dan bildirilib ki, bu ilin yanvar-fevral ayları ərzində federal idarəyə ümumilikdə 58802 əcnəbi vətəndaş sığınacaq üçün müraciət edib.
Gundelik-Baku.Org