ABŞ və İsrail iki həftəlik hərbi təlimlərə başlayıb

ABŞ və İsrail iki həftəlik hərbi təlimlərə başlayıb
ABŞ və İsrail qırıcıları Nevada ştatındakı bazada hərbi hava təliminə başlayıb.
Xarici KİV xəbər verir ki, təlim iki həftə davam edəcək. 
Təlimlər uzaq məsafəli uçuşlar və xarici düşmən ərazisinə hücumların simulyasiyasını əhatə edəcək.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus yeddi "F-35" qırıcısı və iki Boeing 707 yanacaq dolduran təyyarə ötən həftə çərşənbə günü Nelis aviabazasına gəlib.
Bundan əlavə, hava təlimi bölgədə hava üstünlüyünə nail olmaq, birgə hava hücumları, ərazi müdafiəsi, düşmən təyyarələrinin qarşısını almaq, aşağı hündürlükdə uçmaq və s. üçün planlaşdırılıb. 
Gundelik-Baku.Org