UNICEF: Vəba xəstəliyi Afrika ölkələrində sürətlə yayılıb

UNICEF: Vəba xəstəliyi Afrika ölkələrində sürətlə yayılıb
Afrikanın cənub və şərqindəki 11 ölkədə ölümlə müşayiət olunan vəba xəstəliyinə yoluxanların sayında sürətli artım müşahidə edilir.

"Sinxua” agentliyi xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) Şərqi və Cənubi Afrikadakı regional ofisinin rəhbərinin müavini Lieke van de Vil bildirib.

UNICEF rəsmisinin sözlərinə görə, 67 822 nəfərdə yoluxma qeydə alınıb, xəstəlikdən 1 788 nəfər dünyasını dəyişib.

O, qeyd edib ki, vəba yayılan ölkələrə 150 milyon ABŞ dolları ayrılmalıdır.

Hazırkı vəba epidemiyası 2022-ci ilin yazında Afrikanın cənubunda başlayıb. Cənubi Afrikanın SABC radiostansiyasının məlumatına görə, onun episentri Malavinin cənubunda yerləşir.
Gundelik-Baku.Org