ABŞ Gürcüstana xəbərdarlıq etdi

ABŞ Gürcüstana xəbərdarlıq etdi
“ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Gürcüstan Prezidenti Salome Zurabişviliyə bildirib ki, Gürcüstan Rusiyanın Qərbin sanksiyalarından yan keçməsinə imkan yaratmamalıdır”.
Bu barədə məlumatı Ağ Ev yayıb. 
Məlumatda, həmçinin Rusiyanın sanksiyaların, ixrac nəzarəti tədbirlərinin və digər iqtisadi məhdudiyyətlərin tam iqtisadi dəyərini hiss etməsinin zəruriliyi qeyd olunur.
“Cənab Sallivan vurğulayıb ki, Gürcüstan sanksiyalardan yan keçmək üçün dəhlizə çevrilməməlidir”, - deyə açıqlamada bildirilir. 
Qeyd edək ki, Rusiyanın XİN rəhbəri fevralın əvvəlində verdiyi açıqlamasında deyib ki, Gürcüstan rəhbərliyi Rusiyaya qarşı sanksiyalara qoşulmaqla bağlı Qərbin təzyiqlərinə cavab olaraq milli maraqları rəhbər tutduqlarını bəyan ediblər.
Gundelik-Baku.Org