Türkiyədə 820 min ev istismardan çıxarıldı

Türkiyədə 820 min ev istismardan çıxarıldı
Türkiyənin cənub-şərqində fevralın 6-da baş verən zəlzələdən sonra 820 mindən çox bina istismardan çıxarılıb.
TRT xəbər verir ki, bunu şəhərsalma naziri Murat Kurum deyib.
Nazirin sözlərinə görə, 11 əyalətdən beşində dəymiş ziyanın qiymətləndirilməsini tamamlanıb:
"Qiymətləndirmənin nəticələrinə görə, 1 milyon 706 min binadan nəticə belədir: 821 min 302 bina dağılıb, dağılmaq ərəfəsindədir və ya orta məhvetmə dərəcəsində”.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib.
Gundelik-Baku.Org