Mafiya başçısının bacısı həbs olundu

Mafiya başçısının bacısı həbs olundu
İtaliya polisi Siciliya mafiya başçısı Matteo Messina Denaronun 30 il qaçaq olan və yanvar ayında nəzarətə alınan bacısını həbs edib.
“The Guardian” xəbər verir ki, Rosaliya Messina Denaro mafiya vəsaitlərini saxlayıb və qardaşının göstərişlərini cinayətkar təşkilatın digər üzvlərinə ötürməklə məşğul olub.
Qeydlərin bəziləri onun bacısının evində axtarış zamanı tapılıb.
Həbs edildikdən sonra 60 yaşlı Matteo Messina Denaro İtaliyanın mərkəzində yerləşən L `Aquila xüsusi mühafizə olunan həbsxanasına göndərilib. O, kimyaterapiyadan keçməyə başlayıb.
mafiya başçısı 1992-ci ildə antimafiya hakimləri Covanni Falkon və Paolo Borsellinonun qətlində qiyabi olaraq ömürlük həbsə məhkum edilmişdi.
Bundan əlavə, o, 1993-cü ildə 12 yaşlı Cüzeppe Di Matteonun oğurlanmasında və 1996-cı ildə onun qətlində əli var. 
Gundelik-Baku.Org