Con Kennedinin qardaşı oğlu prezidentliyə namizədliyini vermək istəyir

Con Kennedinin qardaşı oğlu prezidentliyə namizədliyini vermək istəyir
ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin qardaşı oğlu, siyasi xadim kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır.
Bu barədə “Qafqazinfo” “Fox News” telekanalına istinadən xəbər verir.
“Bəli, bu haqda düşünürəm”, - telekanal Nyu-Hempşir ştatında tədbirdə çıxış edən 69 yaşlı Kennedinin sözlərini sitat gətirir.
Telekanal bildirir ki, kiçik R. Kennedi namizədliyini ABŞ Demokratlar Partiyasından vermək niyyətindədir.
Qeyd edək ki, siyasətçi senator Robert Kennedinin (1925-1968) oğlu və keçmiş amerikalı lider Con Kennedinin (1917-1963) qardaşı oğludur.
Gundelik-Baku.Org