Yeni Zelandiyada 6,9 bal gücündə zəlzələ olub

Yeni Zelandiyada 6,9 bal gücündə zəlzələ olub
Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqı ərazisində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 8 min nəfər əhalisi olan Kerakri şəhərindən 928 km şimal-şərqdə yerləşib.
Sunami təhlükəsinin olmadığı bildirilir.
Gundelik-Baku.Org