Zelenski Donbasda əməliyyatlar aparan generalı vəzifəsindən azad etdi

Zelenski Donbasda əməliyyatlar aparan generalı vəzifəsindən azad etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Donbasda hərbi əməliyyatlar aparan Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr komandanı, general-mayor Eduard Moskalevi vəzifəsindən azad edib.
Bu barədə Ukrayna KİV-i məlumat yayıb. 
Xatırladaq ki, general-mayor Moskalev bu vəzifəyə  2022-ci il martın 15-də təyin edilmişdi. 
Gundelik-Baku.Org