Zəlzələ fobiyası necə yaranır? - AÇIQLAMA

Zəlzələ fobiyası necə yaranır? - AÇIQLAMA
Son zamanlar dünyanın əksər ölkələrində və qardaş Türkiyədə baş  verən dağıdıcı zəlzələlər can və mal itkisinə səbəb olub. Təbii fəlakətin səbəb olduğu itkilər insanlarda dərin sarsıntı və “zəlzələ fobiyası”  yaradıb.  
“İlk olaraq insanlarda yaranacaq psixoloji immunitetin düşməsi  zəlzələ fobiyasının yaranmasına səbəb olur. Bu, əsasən qorxu nəticəsində yaranır”.
Bu fikirləri açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. 
Onun sözlərinə görə, zəlzələ fobiyası insanlara psixi-semantik olaraq təsir edir.
“Bəzən insan eşitmədiyi, görmədiyi halda bu hadisəni (zəlzələ. – red) özündə qorxuya çevirir. Elə də insan vardır ki, zəlzələni günü-gündən təkrarlandığını görür və bu  psixoloji fobiya yaradır”.
Zəlzələ fobiyası necə yaranır? AÇIQLAMA
Psixoloq bildirir ki, Türkiyədəki zəlzələdən sonra müraciət edənlərin sayında artım var. 
“İnsanlar gecələr geyimlərində yatdıqlarını dilə gətirirlər. “Birdən bizdə də bu hadisə olar”, “zəlzələdən qorxuram” və s. bunların hər biri təbii duyğulardır. Bu, insanların sağlamlığını göstərir. Psixoloji olaraq insan o duyğulardan azad deyil. Yəni,  görür və  görürdüyünü dərk edir. Dərk etdiyi o qorxu hisslərini təqdim etməyi bacarır. Günlərdir ki, sosial şəbəkələrdə, televiziyalarda zəlzələ ilə bağlı məlumatlar alırıq, fotolar görürük bu insanlarda informativ-stresslərin yaranmasına səbəb olur. Bu məlumatlar insanlarda qorxu hissini artırır. Qorxudan yaranan xəstəliklər ilk olaraq şəkər, qıcolma, dilin tutulması və s. Bunlar daha çox uşaqlarda rast gəlinir. Belə ki, azyaşlıları bu cür məlumatlardan uzaq tutmaq lazımdır. Onlar başa düşənə qədər informasiyaları onlara bildirməsək daha effektiv olar.  Çünki bunlar təbii hadisələrdir, coğrafi mövqelərdir,  olub-keçənə  qədər  gizli saxlamaq lazımdır”. 
Zəlzələdən sonra  yaranan fobiyadan necə qurtulmaq olar? 
Bununla balı saytımıza danışan psixoloq Nuranə  Cəfərova bildirib ki, bu qorxu hissi insanlarda müxtəlif şəkildə təsir edə bilər. 
Zəlzələ fobiyası necə yaranır? - AÇIQLAMA
“İnsanın hər hansı müəyyən vəziyyətlərə qarşı verdiyi  reaksiya  qorxu reaksiyası bir emosiyadan asılıdır. İnsan həm pozitiv, həm də neqativ emosiyalı olur. Amma ən güclü emosiya qorxudur. Qorxu insanın  öz müdafiəsidir. Baş verən hadisəyə  qarşı instiktiv  reaksiyadır. Qorxu  hallarının necə təzahür etməsi  baş verən hadisələrə görə dəyişir. Gənclərdə  qorxu qeyri-adekvat  təzahür edir.Zəlzələ daha  çox  böyük insanlarda fobiya halına çevrilə bilir. Bu da daha öncə şüuraltı yaşanmış qorxuların təkrarı olaraqdan bir çox insanda görünür. Amma təbii ki, zəlzələdən sonra yaranan fobik halı aradan qaldırmaq lazımdır. Ümumiyyətlə, bu insanlar qorxuları ilə üzləşməyi bacarmalıdır. Zəlzələnin üç mərhələsi  var. Şok, passivləşmə və toparlanma halı. Təbii ki, şok halı  qorxunun ilkin mərhələsidir. Passivləşmə halında isə həyatdan soyuma, uzaqlaşma,həyata qarşı mənfi fikirlər  və s. Toparlanma halı isə biz psixoloqların üzərinə  düşür. Zəlzələ qorxusu müəyyən müddətdən sonra fobik hala çevrilə də bilər. Bəzən olur ki, zəlzələ zamanı insanlar özünü eyvandan atır və  yaxud qaçır və s. Verdiyi  reaksiyalar qəbulolunmayan davranışlardır. Çünki insan bu halda özünə zərər yetirə bilər. Ona görə də bu hərəkətləri etmiş amma sağ qalmış insalara ciddi psixoloji yardım lazımdır. Bu insalarda çox ciddi post-drammatik stesslərlə nəticələnə  bilir. Buna görə,  zəlzələ fobiyasından qurtulmaq üçün ilk növbədə psixoloqlara müraciət edilməlidir". 
Gundelik-Baku.Org