İordaniya Kralı İlham Əliyevə məktub göndərdi

İordaniya Kralı İlham Əliyevə məktub göndərdi
İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl-Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
“Əziz Qardaşım,
Zati-alinizə salamlarımı və ən xoş arzularımı ifadə edir, Sizə möhkəm cansağlığı diləyir, qardaş Azərbaycan xalqının firavanlığı, ölkənin tərəqqisi və inkişafı yönündə əvəzsiz səylərinizdən sevinc hissi duyuram.
İordaniya Haşimilər Krallığı və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 30 illik yubileyi münasibətilə Zati-alinizə qardaş dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəsindən qürur duyduğumu və xalqlarımızın mənafelərinə xidmət etmək üçün müxtəlif sahələrdə əməkdaşlığımızı gücləndirmək və genişləndirmək niyyətində olduğumu bildirirəm.
Həmçinin Yaxın Şərqdə və dünyada sülhə nail olmaq, təhlükəsizliyi və sabitliyi möhkəmləndirmək üçün səylərimizi gücləndirmək və İslam ümmətinin mənafeyinə xidmət edəcək şəkildə ümumi maraq doğuran məsələlər üzrə əlaqələndirməni və qarşılıqlı müzakirələri davam etdirmək niyyətində olduğumu bir daha vurğulayıram.
Zati-alinizə və qardaş Azərbaycan xalqına cansağlığı, əmin-amanlıq və firavanlıq arzu edirəm”.
Gundelik-Baku.Org