Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxs həbs edildi

Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxs həbs edildi
Ermənistanın hazırkı xarici işlər naziri Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxslərdən biri 2 ay müddətinə həbs edilib.
 
“Report” xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda istintaq davam edir.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanatın imzalandığı gün A.Mirzoyana hücum olub. A.Mirzoyan həmin vaxt Ermənistan parlamentinin spikeri vəzifəsində çalışırdı.
Gundelik-Baku.Org