Slovakiya Rusiya rejimini terrorçu kimi tanıdı

Slovakiya Rusiya rejimini terrorçu kimi tanıdı
Slovakiya parlamenti yenidən Rusiyanın Ukraynaya hücumunu, o cümlədən mülki əhaliyə, mülki hədəflərə və enerji infrastrukturuna hücumları pisləyən, Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə dəstək ifadə edən qətnamə qəbul edib.
TASR xəbər verir ki,  qətnamədə Rusiya rejimi terrorçu, Rusiya isə terroru dəstəkləyən ölkə adlandırılıb. 
Deputatlar həmçinin Rusiyanın nüvə silahından istifadə ilə bağlı birbaşa və dolayı təhdidlərini pisləyiblər.
Gundelik-Baku.Org