Fransa bu ölkədəki vətəndaşlarına "dərhal ölkəni tərk edin" çağırışı etdi

Fransa bu ölkədəki vətəndaşlarına "dərhal ölkəni tərk edin" çağırışı etdi
Fransa Xarici İşlər Nazirliyi Belarusdakı vətəndaşlarını tez bir zamanda ölkəni tərk etməyə çağırıb.
 
Xarici medianın məlumatına görə, nazirlikdən verilən açıqlamada Rusiya ilə Ukrayna arasında gedən müharibə və Avropa İttifaqı ölkələri ilə Belarus arasında hava məkanının bağlanması səbəbindən vətəndaşlardan səyahət etməmələri istənilib.
Bəyanatda Litva ilə Latviya arasında sərhədlərin açıq olacağı bildirilib.
Fevralın 13-dən Polşaya keçidlərə səyahət edənlər üçün yalnız Terespol marşrutunun açıq olduğu vurğulanan bəyanatda Belarusdakı Fransa vətəndaşları Litva, Polşa və ya Latviya ilə sərhəd keçid məntəqələri vasitəsilə quru yolu ilə “dərhal ölkəni tərk etməyə” çağırılır.
Gundelik-Baku.Org