Rusiya və ukraynalı futbolçular arasında kütləvi dava

Rusiya və ukraynalı futbolçular arasında kütləvi dava
Rusiya və Ukrayna komandalarının futbolçuları eyni vaxtda qaldıqları Türkiyənin "Royal Seginus" hotelində kütləvi dava ediblər. 
Xarici KİV xəbər verir ki, insident fevralın 13-ü axşam saatlarında baş verib. Ukraynanın "Minay" klubu ilə Rusiyanın Yaroslavl vilayətinin "Şinnik" komandası arasında baş verən münaqişə hotel işçilərinin müdaxiləsi ilə söndürülüb.
Bir müddət sonra Ukrayna klubunun bir neçə futbolçusu "Şinnik"in futbolçusu ilə eyni liftə düşüb və onu döyüblər. Lift dayananda orada bir qrup Yaroslavdan olan futbolçu dayanıb və futbolçular arasında kütləvi dava başlayıb. Hotel polis və təcili yardım çağırmalı olub.
İndi komandaların oyunçuları ilə nümayəndələri arasında toqquşma var. Hazırda hoteldə iki polis əməkdaşı və daimi olaraq əlavə mühafizəçilər fəaliyyət göstərir. 
Gundelik-Baku.Org