Hakerlər NATO-nun internet saytlarına hücum ediblər

Hakerlər NATO-nun internet saytlarına hücum ediblər
NATO-nun internet saytları, o cümlədən alyansın Xüsusi Əməliyyat Qüvvələrinin Baş Qərargahı haker hücumuna məruz qalıb.
Bu barədə qurumun nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, kibertəhlükəsizlik üzrə ekspertlər NATO-nun bir neçə internet səhifəsinə təsir göstərən insident barədə aktiv şəkildə araşdırma aparırlar. Alyansdan başqa hər hansı məlumat verilməyib. Sadəcə qeyd edilib ki, alyans daim haker təhdidləri ilə üzləşir və kiberməkanda təhlükəsizliyin təmin edilməsi məsələsinə çox ciddi yanaşır.
Daha əvvəl sosial şəbəkələrdə, xüsusən də “Twitter”də iddialar yayılıb ki, hücumun arxasında “Killnet” qrupunun aktivistləri dayanır. Onlar isə “rusiyayönlü” olaraq tanınırlar.
Mənbə: TASS
Gundelik-Baku.Org