Ukrayna daha 61 hərbçisinin meyitini geri qaytardı

Ukrayna daha 61 hərbçisinin meyitini geri qaytardı
Daha 61 hərbçinin meyiti Ukraynaya geri qaytarılıb.
Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, həlak olan 61 hərbçinin cəsədi Ukraynaya qaytarılıb və qohumlarına təhvil verilib.
Qeyd olunub ki, cəsədlərin təhvil verilməsi Cenevrə Konvensiyasının normalarına və beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq həyata keçirilib.
Həmçinin əlavə olunub ki, itkin düşmüş şəxslər üzrə ofis fəaliyyətə başlayandan bəri 888 hərbçinin cəsədi geri qaytarılıb.
Gundelik-Baku.Org