Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı istintaq başladılıb

Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı istintaq başladılıb
Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı istintaq başladılıb.
Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.O bildirib ki, sübutların toplanılması, məsul şəxslərin müəyyənləşdirilməsi və hakim qarşısına çıxarılması üçün böyük səy göstərilir:
"Həmin şəxslərin saxlanılması və ya tapılmadığı təqdirdə həbs qərarının çıxarılması, xaricə çıxış qadağalarının qoyulması istiqamətində bütün addımlar atılır. Respublika Baş Prokurorluğunun bu istiqamətdə xüsusi təlimata ehtiyacı yoxdur. Bu, onların vəzifəsidir.
Hər hansısa sübutun gizlədilməsinə icazə verilmir və verilməsi mümkün də deyil. İctimaiyyətdə sanki məsul şəxslərlə bağlı lazımi addımların atılmadığına dair fikirlər yayılır. Bu, doğru deyil. Hansı binanı kimin tikdiyi araşdırılmalıdır ki, bununla bağlı addımlar atılsın. Həmin şəxslərin ədalət qarşısında cavab verməsi təmin ediləcək".
Gundelik-Baku.Org