Nazir: “Türkiyədə zəlzələ nəticəsində 120 polis işçisi həlak olub“

Nazir: “Türkiyədə zəlzələ nəticəsində 120 polis işçisi həlak olub“
"Zəlzələ nəticəsində bu günə qədər 120 polis əməkdaşı həlak olub". 
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. 
"Eyni zamanda kimliyini müəyyən edə bildiyimiz 32-dən çox jandarma qüvvəmiz də həyatını itirib", - o, əlavə edib. 
Nazir, həmçinin deyib ki, dövlət bütün imkanlarını ortaya qoyub: 
"AFAD davamlı olaraq ölənlərin sayını açıqlayır. Dağıntılar altından sağ çıxarılanların sayı da göstərilir. Çox böyük əməliyyat keçiririk. Çalışırıq ki, axtarış-xilasetmədən tutmuş qidalanma, maddi-texniki təchizatın toplanması, yardımların paylanması kimi eyni vaxtda çoxlu işi görək". 
 
Gundelik-Baku.Org