Şarl Mişel Kiyevə getdi

Şarl Mişel Kiyevə getdi
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kiyevə gedib.
Bu barədə Aİ Şurasının Prezidenti "Twitter"də bildirib.
"Bizim qətiyyətimizdə heç bir geriləmə olmayacaq. Biz həmçinin Aİ-yə inteqrasiya yolunuzda sizə hər addımda dəstək olacağıq", Mişel bildirib.
Qeyd edək ki, bu gün Kiyevdə Aİ-Ukrayna sammiti keçiriləcək.
Gundelik-Baku.Org