Erməni hərbçinin xəyanət əməlinin üstü açıldı - Həbs edildi

Erməni hərbçinin xəyanət əməlinin üstü açıldı - Həbs edildi
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Ermənistan ordusunun kapitanını xəyanət ittihamı ilə həbs edib.
Bu  barədə "Caliber" məlumat yayıb. Bildirilir ki, adı açıqlanmayan Ermənistan Silahlı Qüvvələrinin kapitanı 2021-ci ilin əvvəlindən silah-sursat, döyüş mövqeləri, texnika, o cümlədən bu yaxınlarda Ermənistanın əldə etdiyi Hindistan texnikasının fotoşəkilləri barədə məxfi məlumatları pul müqabilində xarici kəşfiyyat xidmətlərinə ötürürmüş.
Qısa zamanda kapitan saxlanılıb. Onun barəsində cinayət işi açılıb.  
Gundelik-Baku.Org