Katalin Novak səfirliyimizə hücumu pislədi

Katalin Novak səfirliyimizə hücumu pislədi
Macarıstan Prezidenti Katalin Novak Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.
Bu barədə şənbə günü K.Novak özünün "Twitter" səhifəsində yazıb.
"Diplomatik missiyalara və onların əməkdaşlarına edilən istənilən hücumu qətiyyətlə pisləyirəm. Azərbaycana və bu ölkənin İrandakı səfirliyinə dəhşətli hücum zamanı həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verirəm", - deyə Macarıstan Prezidenti bildirib.
Gundelik-Baku.Org