Böyrəyini satmaq istəyən şəxs və alıcısı həbs edildi

Böyrəyini satmaq istəyən şəxs və alıcısı həbs edildi
Türkiyənin İstanbul şəhərində böyrəyini satmaq istəyən şəxs və xəstə alıcısı həbs edilib.
Türkiyə mediası xəbər verir ki, məhkəmə hər iki təqsirləndirilən şəxsə "orqan alveri və cinayətə vasitəçilik etmək" ittihamı ilə 1 il həbs cəzası verib.
Məlumata görə, Z. Əmrah "Təcili böyrəyimi satmaq istəyirəm" başlıqlı elan verib. Ancaq o elanı özünün vermədiyini iddia edib.
Təqsirləndirilən T. Orxan isə "Böyrək xəstəsiyəm. Həftənin 3 günü dialezə gedirəm. Qohumlarımın böyrəkləri mənə düşmürdü. Oğlumun yanında işləyən Z. Əmrah böyrəyini mənə verməyə razı oldu. Bunun müqabilində heç bir pul istəmədi. Birlikdə xəstəxanaya müraciət etdik. Qanuna uyğun olmadığı üçün transplantasiya reallaşmadı. Bu iş üçün Əmrahın pul verməmişəm", - deyə özünü müdafiə edib.
Əvvəlcə məhkəmə Z. Əmrah  və T. Orxana 5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Lakin məhkəmə təqsirləndirilən şəxslərin əməlinin gerçəkləşmədiyi və məhkəmə prosesi zamanı peşmanlıq hissi ilə hərəkət etdiklərinə görə hər birinin 1 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Gundelik-Baku.Org