Şimali Koreyanın paytaxtı karantinə alındı

Şimali Koreyanın paytaxtı karantinə alındı
Şimali Koreyanın paytaxtı Pxenyanda səlahiyyətlilər, tənəffüs yoluxucu xəstəliklər və yoluxma hallarının artması ilə əlaqədar beş günlük karantin rejiminə qərar verib.
NK News xəbər verir ki, qərarda COVID-19-dan bəhs edilməsə də lakin şəhər sakinlərinə bazar gününün sonuna qədər evdə qalmaları və hər gün bir neçə dəfə qızdırma yoxlaması etmələri bildirilib.
Şimali Koreyanın digər hissələrində karatinin tətbiq edilib-edilmədiyi bəlli deyil. 
Şimali Koreya 2022-ci ildə ilk COVID-19 epidemiyasını etiraf edib və ölkə heç vaxt nə qədər insanın koronavirusa yoluxduğunu açıqlamayıb.
Gundelik-Baku.Org