''Bayraktar Kızılelma'' növbəti sınaqdan da uğurla keçdi

''Bayraktar Kızılelma'' növbəti sınaqdan da uğurla keçdi
Türkiyenin ilk pilotsuz döyüş təyyarəsi olan ''Bayraktar Kızılelma'' ikinci uçuşunu da uğurla həyata keçirib.
Türkiyə mediası bildirir ki, ''Baykar'' şirkətindən verilən məlumatda şirkətin tamamilə öz sərmayəsi ilə inkişaf etdirdiyi Türkiyenin ilk pilotsuz döyüş təyyarəsi ''Bayraktar Kızılelma''nın identifikasiya sınağından da uğurla keçdiyi bildirilib.
''Baykar'' şirkətinin İdarə Heyətinin sədri və texnologiya lideri Selçuk Bayraktar rəsmi internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib: "Bayraktar #KIZILELMA ikinci sınağını uğurla başa çatdırdı''.
Gundelik-Baku.Org