“Yasak elma” film olur

“Yasak elma” film olur
6 sezondur izləyənləri ekranlara cəlb edən “Yasak elma” serialı film olacaq.
Türk mediasında yer alan xəbərə görə, layihə “Disney plus”da təqdim ediləcək. Filmin çəkilişlərinə isə yay aylarında başlanılacaq.
Həmçinin, bu mövsüm bitəcəyi bildirilən serialın 7-ci sezonunun da çəkiləcəyi öyrənilib.
Qeyd edək ki, ekran işinin baş rollarında Eda Ece və Şevval Sam kimi sənətçilər yer alır.
Gundelik-Baku.Org