Gözlənilən serial - “Vida məktubu” setə çıxdı

Gözlənilən serial - “Vida məktubu” setə çıxdı
Kanal D serial izləyicilərini növbəti bir filmlə sevindirəcək. 
Türkiyə mətbuatı xəbər verir ki, tezliklə ekranlara çıxacaq “Vida məktubu” serialı möhtəşəm yaradıcı heyəti ilə diqqət çəkib.
Dünən “Most Production” ilk dəfə filmin yaradıcılıq studiyalarından fotolar paylaşıb. Baş rollarda Nurgül Yeşilçay, Selim Bayraktar, Rabia Soytürk, Emre Kıvılcım, Bennu Yıldırımlar kimi məşhur aktyorların oynayacağı filmin rejissoru Deniz Çelebi Dikilitaşdır.
Aktyorlar izləyicilərlə görüşmək üçün tələsdiklərini bildirsələr də, filmin süjet xətti barədə məlumat verməyiblər.
Gundelik-Baku.Org