Ölən erməni hərbçilər evi özləri yandırıbmış

Ölən erməni hərbçilər evi özləri yandırıbmış
15 hərbçinin öldüyü yanğın yerinin yeni görüntüləri yayılıb. 
Bu barədə erməni KİV-lərində məlumat dərc edilib. 
Məlumata görə, yanğında ölən snayper qrupu hərbi hissədə yox, sözügedən kənddə yerləşən şəraitsiz birmərtəbəli "evdə" qalıblar: "Soba yeganə çıxış qapısının yanında olub. Əsgərlərdən biri sobanı yenidən yandırmaq üçün 5 litrlik qabda benzin gətirib. Onun sönməkdə olan alovun üzərinə benzin tökməsi nəticəsində qəfil yanğın baş verib". 
Bundan əlavə, hərbçilərin niyə kazarmalarda deyil, şəraitsiz fərdi yaşayış evlərində qalması da suallar yaradıb. 
Gundelik-Baku.Org