Yanaraq ölən erməni hərbçilərə görə 5 polkovnik işdən çıxarıldı

Yanaraq ölən erməni hərbçilərə görə 5 polkovnik işdən çıxarıldı
Xəbər verdiyimiz kimi, Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi yanaraq ölüb. 
Erməni mətbuatı xəbər verir ki, hadisədən sonra 15 hərbçinin həyatına son qoyan yanğınla əlaqədar aşağıdakı vəzifəli şəxslər işdən çıxarılıb. 
- 2-ci Ordu Korpusunun komandiri, polkovnik Vahram Frunzoviç Qriqoryan,
- 2-ci Ordu Korpusunun qərargah rəisi, korpus komandirinin müavini polkovnik Miqran Sergeyeviç Maxsudian,
-2-ci Ordu Korpusunun maddi-texniki təminat və SKE üzrə komandirinin müavini, maddi-texniki təminat şöbəsinin rəisi, polkovnik Şiraz Gevorqoviç Xaçatryan,
- 2-ci Ordu Korpusunun komandirinin döyüş növbətçi müavini, polkovnik Artur Serjikoviç Oqanyan,
- ER Silahlı Qüvvələrinin Arxa Yanğın Təhlükəsizliyi Xidmətinin rəisi, polkovnik Sargis R. Mazmanyan.
Həmin şəxslər "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Ermənistanın Baş nazir Nikol Paşinyanın tövsiyəsi əsasında işdən çıxarılıblar.  
Gundelik-Baku.Org