Rusiya Ukrayna ilə danışıqlar üçün şərt irəli sürdü

Rusiya Ukrayna ilə danışıqlar üçün şərt irəli sürdü
Ukrayna ilə Rusiya arasında danışıqların baş tutması üçün iki hüquqi aspektdə razılığa gəlmək lazımdır. 
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb. 
"Birincisi, bu gün Rusiyanın daxili qanunlarında - Konstitusiyasında təcəssüm olunmuş Ukraynanın keçmiş ərazilərinin əhalisinin öz müqəddəratını təyin etməsinin nəticələrini tanımaq (və ya heç olmasa səssizcə qəbul etmək lazımdır). İkincisi, mövcud vəziyyət və gələcək beynəlxalq münasibətlər üçün nəzərdə tutulmuş xüsusi beynəlxalq normaların işlənib hazırlanması", - deyə siyasətçi qeyd edib.
Gundelik-Baku.Org