Moskvada qadının əlindən telefonu alaraq tunelə tullandı

Moskvada qadının əlindən telefonu alaraq tunelə tullandı
Telefon oğurluğu az qala kişinin həyatı bahasına başa gələcəkdi. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb.
Qorxunc hadisə Moskvanın “Kurskaya” metrosunda baş verib.
Videodan görünür ki, sərnişinlərdən birinin əlindən telefonu alaraq qaçmağa başlayan kişi tunelə tullanıb.
Məlumata görə, həmin vaxt stansiyaya yaxınlaşan qatarın maşinisti əyləci basmağa müvəffəq olur və oğruya kabinəyə minməyi təklif edib.
Növbəti stansiyada polislər kişini həbs ediblər.

Mənbə: NTV.ru
Gundelik-Baku.Org