Dünyaca məşhur “Drive” nəşri Türkiyənin yeni nəsil qırıcısının qeyri-adi xüsusiyyətindən yazdı

Dünyaca məşhur “Drive” nəşri Türkiyənin yeni nəsil qırıcısının qeyri-adi xüsusiyyətindən yazdı
Türkiyənin qabaqcıl beşinci nəsil “TF-X” qırıcısının kabinə fənəri qarşısında infraqırmızı axtarış və izləmə sisteminin sensoru, burun hissəsinin altında isə elektro-optik yönləndirmə sistemi quraşdırılıb.
“Stels” təyyarənin qeyri-adi xüsusiyyətinə “Drive” nəşri diqqət çəkib.
Nəşrdə qeyd edilir ki, hazırda elə bir müasir döyüş təyyarəsi yoxdur ki, bu sensorlar bir-birindən ayrı olsun.

“TF-X” - Türk Aerokosmik Sənayesi (TUSAŞ - “Turkish Aerospace Industries”) tərəfindən hazırlanmış beşinci nəsil reaktiv döyüş təyyarəsi layihəsidir. Qırıcının ilk uçuşunun bu il həyata keçirilməsi planlaşdırılır. Milli döyüş təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinin inventarındakı köhnə “F-4” və “F-16” təyyarələrini əvəz edəcəyi gözlənilir.


Gundelik-Baku.Org