Myanma ordusunun bombaları Hindistana düşdü

Myanma ordusunun bombaları Hindistana düşdü
Myanma ordusunun üsyançıların düşərgəsinə endirdiyi hava zərbələri zamanı Hindistan ərazisinə iki bomba düşüb.
Myanma ordusu ölkənin Çin əyalətindəki ən böyük üsyançıların təlim düşərgələrindən birinə hava zərbəsi endirib. Myanma-Hindistan sərhədində yerləşən kənd sakinlərinin verdiyi məlumata görə, hava hücumu zamanı Hindistan sərhədlərinə iki bomba düşüb.
Bildirilir ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.  
Hadisə ilə bağlı Hindistan tərəfindən hələlik heç bir təsdiq və ya açıqlama verilməyib.
Qeyd edək ki,  Myanma ordusu 2020-ci il ümumi seçkilərində saxtakarlıq iddiaları irəli sürüldükdən sonra 1 fevral 2021-ci ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirib.
Uzun müddətdir silahlı mübarizə yolu ilə muxtariyyət tələb edən hərbçilərlə azlıq qrupları arasında qarşıdurmalar artmaqda davam edir. Hökumət on illərdir ki, etnik əhalinin üstünlük təşkil etdiyi sərhəd bölgələrində silahlı qruplarla mübarizə aparır.
Myanma ordusunun çevriliş əleyhinə nümayişçilərə və üsyançı qruplara qarşı silahlı müdaxiləsi nəticəsində 1800-dən çox insan həyatını itirib.
Çevrilişdən sonra 13 minə yaxın adam saxlanılıb, 10 mindən çox insan hələ də həbsdədir. 
Gundelik-Baku.Org