Rusiya və Ukrayna ombudsmanlarının Türkiyədə görüşü planlaşdırılır

Rusiya və Ukrayna ombudsmanlarının Türkiyədə görüşü planlaşdırılır
Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili  Tatyana Moskalkova Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets ilə yanvarın 12-dən 14-dək Türkiyədə mümkün görüşün müzakirə edildiyini açıqlayıb. 
Ombudsman belə bir görüşün planlaşdırıldığını bildirib. 
O, danışıqların “Türkiyə Ombudsmanının təşkil etdiyi böyük forumun” keçiriləcəyi Türkiyədə aparılacağına da aydınlıq gətirib.
"Biz görüşün mümkünlüyünü və təxmini gündəliyi müzakirə etdik", - Moskalkova əlavə edib və forumun yanvarın 12-dən 14-dək keçiriləcəyini bildirib.
Gundelik-Baku.Org