Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib
Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə 2 illik müqavilə imzalayan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun təqdimat mərasimini televiziya vasitəsilə təqribən 3 milyard insan izləyib.
Bu barədə portuqaliyalı insayder Pedru Sepulveda özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, tədbiri 40-a yaxın telekanal canlı olaraq işıqlandırıb.
Qeyd edək ki, DÇ-2022-də Argentina və Fransa yığmaları arasında keçirilmiş final matçını 2 milyard insan izləyib. Həmin matçda qalib gələn Cənubi Amerika təmsilçisi tarixində 3-cü dəfə dünya çempionu olub.
Gundelik-Baku.Org