Baydenin həyat yoldaşı əməliyyat olunacaq

Baydenin həyat yoldaşı əməliyyat olunacaq
ABŞ-ın birinci xanımı Cil Bayden sağ gözünün altındakı “kiçik böyüməni” aradan götürmək üçün tibbi prosedurdan keçir.
Bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, birinci xanımın üzündəki zədə adi dəri xərçəngi müayinəsi zamanı aşkar edilib. Əməliyyat yanvarın 11-də Merilend ştatının Bethesda şəhərindəki Valter Rid adına Milli Hərbi Tibb Mərkəzində həyata keçiriləcək.
Gundelik-Baku.Org