102 uşaq atasından yoldaşlarına qəribə xahiş: Bunu edin...

102 uşaq atasından yoldaşlarına qəribə xahiş: Bunu edin...
Uqandanın Lusaka şəhərindən olan, 12 həyat yoldaşı, 102 uşağı və 568 nəvəsi olan 67 yaşlı fermer Musa Hasahya həyat yoldaşlarından doğum nəzarətindən istifadə etmələrini xahiş edib.

Musa Hasahyanın dediyinə görə, yaşayışın bahalaşması səbəbindən gəlirləri aşağı düşüb və o, böyük ailəsini dolandırmaqda çətinlik çəkir.


Fermerin bütün həyat yoldaşları eyni dam altında yaşayır. Musa bunu onlar başqa kişilərlə qaçmasın deyə edir.


Fermerin ən böyük ögey oğlundan 21 yaş kiçik olan kiçik həyat yoldaşı Züleykə 11 uşaq dünyaya gətirib. İndi isə, doğuma nəzarət həbləri qəbul etməyə razılıq verib.
 
 
"Daha övladım olmayacaq. Mən pis maliyyə vəziyyətini görüb doğuma nəzarət həbləri qəbul edirəm".
 
 
Qeyd edək ki, Musanın 6-51 yaşa qədər olan uşaqlarının təxminən üçdə biri onunla öz fermasında yaşayır və ev təsərrüfatını birlikdə idarə edir.
Gundelik-Baku.Org